Fomenko qaldı
20.12.2013 - 15:07
Ukrayna Futbol Federasiyası (UFF) Mixail Fomenkonu milli komandanın “sükanı arxasında” saxlamağı məqsədəuyğun sayıb. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis 2015-ci ilin sonunadək postunda qalacaq.
UFF İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Fomenkonun hesabatı dinlənilib.
Yekunda yığmanın dünya çempionatının seçmə mərhələsindəki çıxışı qənaətbəxş sayılıb və baş məşqçi ilə yeni sözləşmə imzalanmasına qərar verilib.
Qeyd edək ki, Mixail Fomenko 2012-c ilin dekabr ayından Ukrayna millisinin baş məşqçisi təyin edilib. Komanda onun rəhbərliyi altına 9 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb və yalnız 1 görüşdə uduzub.

0
0