“Bakı” islahatlara start verir
20.12.2013 - 16:07
“Ədalətsiz məğlubiyyət aldıq. Yaxşı oynadıq, topa nəzarət etdik, çoxlu hücumlar təşkil etdik. Oyunda güclü tərəf biz olsaq da, sonda məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.
Serb mütəxəssis Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” ilə səfər oyunu haqda fikirlərini açıqlayıb. Pantiç 0:2 hesablı məğlubiyyətdən narazı qalıb: “Rəqib komandanın qapıçısı mükəmməl oyun göstərdi. Bu – futboldur, hər şey ola bilər. Bizim komanda da qol vurmağa çətinlik çəkirdi, lakin müdafiədə asanlıqla qollar buraxdıq. Hamını qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm”.
Pantiç onu da qeyd edib ki, “Bakı”da islahatlar aparacaq: “Komandada dəyişikliklərin olacağı aydın görünür. Səhvlərimiz, boşluqlarımız göz önündədir. Boşluqları doldurmağa, yaxşı oyunçular transfer etməyə calışacağam. Qış fasiləsində oyunçuları komandaya cəlb etmək çətindir. Yollarımızı ayıracağımız futbolçuların siyahısında həm yerli, həm də əcnəbi oyunçular olacaq”.
Mənbə: pfl.az

0
0