“İnter” bir futbolçu ilə müqaviləni pozdu – FOTO
20.12.2013 - 16:57
“İnter”dən ayrılan ilk futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, bu, bolqarıstanlı futbolçu Daniel Genovdur.
O, dünən “İnter”də son oyununu keçirib. Belə ki, əvəzedici komandada “Qarabağ”la görüşdə meydana çıxan 24 yaşlı yarımmüdafiəçi dünən klubu ilə yaya kimi olan müqaviləsini qarşılıqlı şəkildə pozub. Danielin meneceri vasitəsilə Yunanıstanın I dəstə klubunda baxışda olacağı deyilir.
“İnter”dən gedəcəyi gözlənilən digər futbolçu isə makedoniyalı hücumçu İlço Naumoskidir. 30 yaşlı futbolçu hazırda zədəlidir və onun komandadan göndəriləcəyi daha realdır.
Qeyd edək ki, Genov “İnter”də 2010-cu ildən çıxış edirdisə, Naumoski bu ilin yayında Bakı klubuna keçmişdi.

0
0