Dənizli xəbərdarlıq etdi: Futbolçular üçün pis olacaq
20.12.2013 - 17:59
“Fasiləyə yollanmazdan öncə 3 xal qazanmaq vacib idi. Matç ərzində yaxşı oynadığımız dəqiqələr oldu. Lakin hesabda 4:1 öndə olduqdan sonra 2 qol buraxmaq yolverilməzdir”.
Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
“Xəzər Lənkəran” bu gün Topaz Premyer Liqasının XVIII turunda “Sumqayıt” üzərində 4:3 hesablı qələbə qazandı.
Oyundan sonra komandanın türkiyəli çalışdırıcısı heyət üzvlərini təbrik etməklə yanaşı, futbolçulara xəbərdarlıq edib: “Belə səhvlər “Xəzər Lənkəran”ın oyunçusuna yaraşmır. Hesab 4:4 olsaydı, futbolçuları istirahətə buraxmayacaqdım, tətilləri korlanacaqdı. Futbolda bu qədər arxayınçılıq olmaz. Birdə belə səhvlərə yol versələr, onlar üçün pis olacaq. İstənilən halda, qələbə münasibəti ilə heyət üzvlərini təbrik edirəm. 40 gün ərzində fasilə olacaq. Bu dönəmdən maksimum yararlanmağa çalışacağıq. “Xəzər Lənkəran” azarkeşləri arxayın olsunlar, onlar güclü bir komanda görəcəklər”.

0
0