Aqil Məmmədov: Bacardığımız bu qədərdir
20.12.2013 - 18:06
“Heyətimizdə zədəli və cəzalı futbolçuların olmasına baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov deyib.
Topaz Premyer Liqasının XVIII turu çərçivəsinə “Xəzər Lənkəran”ın qonağı olan “Sumqayıt” 3:4 hesabı ilə məğlub oldu. Məmmədov matçdan sonra təşkil edilən mətbuat konfransında bunları deyib: “Maraqlı oyun alındı. Xüsusən ikinci hissədə açıq futbol getdi. İlk hissədə müdafiədəki kobud səhvlər oyunun nəticəsini müəyyən etdi. Hesab qane etməsə də, komandanın oyunundan razı qaldım. Bacardığımız bu qədərdir”.
Qeyd edək ki, hesabında 7 xal olan “Sumqayıt” qış fasiləsinə sonuncu pillədə yollanıb.

0
0