“Neftçi”dən sərt ittiham: Hakim oyunu sifarişlə idarə edirdi
20.12.2013 - 18:07
“AZAL-la qarşılaşmada hakimin çıxartdığı “oyun”u hamı gördü. Belə, bu dərəcədə haqsızlıq olmaz”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.
Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XVIII turunun AZAL-la oyununa (1:2) baş verənlərdən narazı qalıb.
Klub rəsmisi “Neftçi”yə qarşı ədalətsizliyin olduğunu düşünür: “Matçın ikinci hissəsində “Neftçi” öz oyununu tapandan sonra baş hakim Orxan Məmmədov görüşün axarına təsir etməyə başladı. Rəqib qapıçı Ruslan Məcidov cərimə meydanından kənarda əllə oynayanda, qayda pozuntusunu qeydə alan referi onu cəzalandırmadı. 90 dəqiqə ərzində Aleksandr Şemonayev futbolçularımıza təpik atdı. Matçı saxlayıb, qayda pozuntularını qeydə alan Məmmədov sarı vərəqə belə vermədi. Lakin Mahir Şükürovu belə vəziyyətdə ikinci sarı vərəqə ilə cəzalandırıldı. 2 dəqiqə sonra Elvin Yunuszadəni də meydandan qovdu. Hələ qol vurduğumuz epizodu demirəm. Orda AZAL-ın futbolçusu əllə oynamışdı. Hakim isə görüşü saxlamadı. Rəşad qol vurmasaydı, nə olacaqdı?”
Abbaszadənin fikrincə, bütün bunlar sifarişlidir: “Hesab edirəm ki, hakim idarəçiliyi qərəzli idi. Sanki Məmmədova tapşırmışdılar ki, “Neftçi” xal itirməlidir. Kimlərsə komandamızın qış çempionu olmasını, fasiləyə 1-ci yerdə getməsini istəmir. Ola bilər ki, kiməsə bizim çempionluq sərf etmir. Hansısa komandanı 1-ci yerə daşımaq, çempion etmək istəyirlər. Əgər belədirsə, biz çempionluğu həmin komandaya hədiyyə edərik. Amma bunu belə etmək lazım deyil. Çempionluğu kiməsə hədiyyə vermək istəyirlərsə, “Neftçi”nin özünə müraciət etsinlər ki, özümüz də çempionluğu onlara hədiyyə verək”.
Klub rəsmisi oyundan “futbolinfo.az” saytının əməkdaşı ilə arasında yaşanan insidentə də aydınlıq gətirib: “Klub rəsmiləri tərəfindən jurnalistlərə təzyiq olmayıb. Burada konkret mənimlə 1 jurnalist arasında gərginlik yaşanıb. Bu da onunla bağlıdır ki, onun media nümayəndəsi deyil, adi azarkeş olduğunu zənn etdim. Bu üzdən onun şəkil çəkməsinə mane olmaq istədim. Amma həmkar olduğumuzu bilincə, mətbuat konfransında hamının yanında ondan üzr istədim”.

0
0