Nazim Süleymanov: Çempion olmağımızı istəməyən varsa, desin
20.12.2013 - 18:47
Nazim Süleymanov: Çempion olmağımızı istəməyən varsa, desin
“Nəticə məni qane etmir, hakimlər haqqında danışmağa məcburam. Oyunda üstün oynadıq, lakin qısa zamanda futbolçularımıza göstərilmiş iki qırmızı vərəqə oyunu “sındırdı”. Futbolçular hisslərinə hakim olmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Bu gün Topaz Premyer Liqasının XVIII turunda AZAL-ın qonağı olan “Neftçi” 1:2 hesabı ilə uduzdu. Süleymanov “ağ-qaralar”ın 2 futbolçusunun qırmızı vərəqə aldığı görüşdən sonra təşkil edilən mətbuat konfransında hakimlərin idarəçiliyindən narazılığını dilə gətirib: “Nəticə tarixdə qalacaq. Artıq irəliyə baxmalıyıq, qarşıda 18 oyunumuz var. Bizim çempion olmağımızı istəməyən varsa, desin, rəhbərliklə danışaq. Rəqib qapıçıya cərimə meydançasından kənarda əl ilə oynadığı üçün qırmızı vərəqə verilməli idi. Bir nəfərin səhvindən vurulan qol bütün komandaya təsir edir. Futbolçular daha diqqətli oynamalıdır. “Neftçi” bu oyunda məğlub olmadı, məğlub etdilər. Hər bir məşqçiyə zaman lazımdır”.