Vanderson Skarduelli: Yaxşı ki, tez ayıldıq – MÜSAHİBƏ
21.12.2013 - 00:02
Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Sumqayıt”ı qəbul edən “Xəzər Lənkəran” mövsümdə beşinci qələbəsini (4:3) qazandı. Oyundan sonra əyalət təmsilçisinin braziliyalı müdafiəçisi Vanderson Skarduelli apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə fikrinizi bilmək maraqlı olardı...
- Bol qollu və maraqlı oyun oldu. Matçın tempi gah qalxır, gah da düşürdü. Məqsədimiz 3 xal qazanmaq idi. Buna da nail olduq.
- Hesab 4:1 olduqdan sonra ardıcıl 2 qol buraxmağınız nədən qaynaqlanırdı?
- Fərq böyük olanda, istər-istəməz arxayınçılıq yaranır. Yaxşı ki, tez ayıldıq və qələbə hesabını qoruyub saxladıq. Bu, bizim üçün dərs olmalıdır ki, final fiti verilməyənə qədər arxayınlaşmaq olmaz.
- Azarkeşlərin sayının azalması nədən irəli gəlirdi?
- Təbii ki, bunda komandanın turnir cədvəlindəki mövqeyinin də təsiri var. Bildiyimə görə, Azərbaycanın əksər stadionlarında bilet satılmır, stadiona giriş pulsuzdur. Burada isə biletlər pulla satılır. Bu da öz təsiri göstərir. Düşünürəm ki, çempionatın sonrakı mərhələsində yaxşı nəticələr qazandıqdan sonra onlar yenidən stadiona qayıdacaqlar.
- Oyun başa çatdıqdan sonra baş məşqçi hansısa narazılığını bildirdimi?
- Hələ məşqçi ilə söhbətimiz olmayıb. Toplantıda hamısını deyəcək. İradlarını çatdıracaq. Deməsə belə, peşəkar futbolçu kimi anlamalıyıq ki, bu cür oyun qələbəni əldən verməklə nəticələnə bilər.
- “Neftçi”nin AZAL-a uduzması əhvalınıza necə təsir etdi?
- Başqa komandaların necə oynaması bizi maraqlandırmır. Nəticələrimizi yaxşılaşdırdıqdan sonra rəqiblərimizin oyununa baxmalıyıq.
- “Sumqayıt” çempionatda az qol vuran komandalardandır. Bu gün 3 top vurmaları müdafiə xəttinizdə problemlərin olduğunu göstərirmi?
- Bu oyuna qədər 3 matçda qol buraxmamışdıq. Qol buraxan zaman bunun səhvini ancaq müdafiədə axtarmaq olmaz. Qol vururuqsa, bunu “Xəzər Lənkəran” edir. Eləcə də, rəqib qapımıza yol tapırsa, bu komandanın səhvidir. Əlbəttə, səhvimiz var. Bunu inkar etmirəm. Sadəcə, həmin səhvlərdən nəticə çıxarmaq lazımdır.
- Çempionatda qış fasiləsi yarandı. Bundan necə istifadə edəcəksiniz?
- Braziliyaya gedirəm. Ailəm üçün çox darıxmışam. Bayramı və tətili onlarla birgə keçirəcəm. Ailə mənim üçün vacibdir.

0
0