Georgi Çixradze: Oyunda Şahin Diniyevlə...
20.12.2013 - 20:15
Georgi Çixradze: Oyunda Şahin Diniyevlə...
“Komanda yaxşı oyun göstərdi, 3-0 hesabı ilə qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Simurq"un baş məşqçisi “Rəvan”la matçdan sonra Georgi Çixradze deyib.

Zaqatala klubunun çalışdırıcısı ilin son oyunundakı 3:0 hesablı qalibiyyəti dəyərləndirib: “Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Komandaya mövsümün ilk yarısına görə təşəkkür edirəm, Yeni il münasibəti ilə hamını təbrik edirəm. Oyunda Şahin Diniyevlə heç bir problem yaşamadıq, futbolçuların bir-birinə qarşı sərt oynadığı epizoda reaksiya göstərdim. Çempionatda asan oyun, asan rəqib yoxdur. Qol vurana kimi oyun çox çətin gedirdi, hesabı açdıqdan sonra isə daha rahat oynadıq. Komandanı gücləndirmək həmişə lazımdır. Fasilədə heyətimizə 1-2 yeni futbolçu cəlb edəcəyimizə ümid edirəm. Bu, həm rəqabəti, həm də oyun keyfiyyəytimizi artırmaq üçün lazımdır”.

Mənbə: pfl.az