“Liverpul” Suareslə müqaviləni yenilədi - FOTO
20.12.2013 - 21:18
“Liverpul” Suareslə müqaviləni yenilədi - FOTO
"Liverpul" hücumçusu Luis Suareslə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

Sözləşmənin müddəti və maliyyə şərtləri haqqında rəsmi heç bir məlumat verilməyib. Ancaq İngiltərə mətbuatında yazılanlara görə “qırmızılar” uruqvaylı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2011-ci ildə Hollandiya “Ayaks”ından “Liverpul”a keçən 26 yaşlı forvard ingilis klubu ilə 2016-cı ilə qədər müqavilə imzalamışdı.