“Neftçi”dən “Xəzər Lənkəran”a
21.12.2013 - 00:00
“Xəzər Lənkəran”ın ilk qış transferinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında II dövrənin son oyunundan sonra cənubluların qışda heyətinə qatacağı futbolçulardan birinin adı müəyyənləşib.
“Ağ-yaşıllar”ın yeni baş məşqçisi Mustafa Dənizli ilk transferi kimi XVIII turda 4:3 hesabı ilə yendikləri “Sumqayıt”ın üzvü Slavik Alxasovu komandasına cəlb edir. “Neftçi”nin yetirməsinin Lənkəranda baş tutan görüşdə meydana çıxmamağı da maraq doğurur. Çünki Dənizlinin son 2 turda çıxış etməyən müdafiəçini necə və harada bəyənməsi hələ də müəmma olaraq qalır.
Bu transfer çox gözlənilməz sayılır. Hər halda, Dənizlinin təyinatından sonra türkiyəlinin həmyerlilərini komandasına gətirəcəyi ehtimal olunurdu. Lakin Dənizli sələfi Con Toşakın yolu ilə gedib, autsayderin futbolçularına göz dikdi. “Sumqayıt”dan əvvəl Uğur Pamuku heyətinə cəlb edən “Xəzər Lənkəran” hələ də bu futbolçudan istədiyini ala bilməyib.
Cənublular “Sumqayıt”ın daha bir üzvü Pərdiz Fərcad-Azadı da transfer etməyə yaxın olub. Lakin Lənkəran təmsilçisinin bəxti gətirib ki, zəif komandanın “ulduz”unu heyətinə qatmayıb.
Lakin Dənizli autsayderin, Premyer Liqaya layiq olmadığı aşkar görünən komandanın üzvünə göz dikib. Özü də əzəli rəqibi “Neftçi” ilə başabaş mübarizə aparmaq istəyən “ağ-yaşıllar” bakılılara lazım olmadığı üçün icarələrdə gün keçirən birisini transfer edir.
Slavikin isə Premyer Liqada yalnız elə “Sumqayıt”ın formasını geyib. 2011/12 mövsümündə 20, növbəti çempionatda 29 qarşılaşmanın iştirakçısı olan müdafiəçi bu il baş tutan ilk 2 dövrədə 15 görüşdə forma geyib. Premyer Liqanın 64 görüşündə qol vurmayan arxa xətt oyunçusunun ciddi nə ilə isə fərqləndiyini də söyləmək olmaz.
Dənizlinin ehtiyat oyunçular skamyasını gücləndirmək istəyi isə başa düşülən deyil. Ehtiyatda oturası yetərincə oyunçu var.

0
0