Messi “Barselona”nın vitse-prezidentini vəzifəsindən qovur
21.12.2013 - 00:44
“Barselona”nın ulduz futbolçusu Lieonel Messi klubun vitse-prezidenti Xavier Fausu tənqid atəşinə tutub. Apasport.az saytının məlumatına görə, İspaniya KİV-inə danışan argentinalı hücumçu Fausun futboldan anlamadığını və onun vəzifəsindən kənarlaşdırılması üçün rəhbərliyə müraciət etdiyini deyib.
Klub rəsmisinin onun haqqında dediyi sözlərə əsəbiləşən 26 yaşlı forvard fikrini belə izah edib: “O, ancaq iqtisadi məsələlərlə bağlı yaxşı bilir. O, futbol haqqında heç nə bilmir. Bu səbəbdən də “Barselona”nı şirkət kimi idarə etmək istəyir. “Barselona” dünyanın ən yaxşı komandasıdır. Buna görə də ən yaxşı idarəçilər tərəfindən idarə olunmalıdır”.
Qeyd edək ki, Faus mətbuata açıqlamasında Messi ilə 2018-ci ildə müqavilə yeniləyəndə, onun qazancını da artırmağın düzgün olmadığını demişdi. Klub rəsmisinin sözlərinə görə təcrübəli futbolçu buna layiq deyil və klub ona Ronaldodan (“Real”) daha çox pul verməklə düzgün addım atmayıb.

0
0