Kloppdan “Fənərbaxça”nın futbolçusu ilə bağlı açıqlama
21.12.2013 - 02:58
Münhen “Borussiya”sının baş məşqçisi Yurgen Klopp “Fənərbaxça”nın futbolçusu Mixal Kadleçlə maraqlanmadıqlarını deyib. Apasport.az saytının məlumatına gör, yerli mətbuata danışan alman mütəxəssis bu transfer xəbərinin şaiə olduğunu deyib.
Klopp çexiyalı müdafiəçinin hədəflərində olmadığını bildirib: “Kadleç ilə maraqlandığımız doğru məlumat deyil. Biz onunla heç maraqlanmadıq. Qəzetlərin yazdığı həmişə düzgün olmur”.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu yay Almaniyanın “Bayer” klubundan İstanbul təmsilçisinə keçib. Onun yanvarda “Borussiya”ya transfer olunacağı ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

0
0