“Yuventus”un hücumçusu Rusiya klubunun hədəfində
21.12.2013 - 03:47
“Yuventus”un hücumçusu Rusiya klubunun hədəfində
“Yuventus”un təcrübəli hücumçusu Mirko Vuçiniç karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər. İtaliya mətbuatının məlumatına görə, 30 yaşlı futbolçu “Zenit” klubunun transfer hədəfindədir.

Çernoqoriyalı forvardla heyətini gücləndirmək istəyən Sankt-Peterburq təmsilçisi bu keçidi reallaşdırmaq üçün 13 milyon avro ödəyəcəyi deyilir.

Qeyd edək ki, Vuçiniç 2011-ci ildə “Roma”dan Turin klubuna transfer olunub. O, komandası ilə çıxdığı 65 matçda 20 qol vurub.