Aykut Kocaman “Latsio” yolunda
21.12.2013 - 04:54
“Fənərbaxça”nın sabiq baş məşqçisi Aykut Kocaman İtalya təmsilçisi “Latsio”nu çalışdıra bilər. Apasport.az saytının xəbərinə görə, bu barədə “Eurosport. com” məlumat yayıb.
Uğursuz nəticələrdən sonra hazırkı baş məşqçisi Vladimir Petkoviçi yanvarda göndərməyə hazırlaşan Paytaxt klubu artıq bu posta iki namizəd tapıb. Bu mütəxəssislərdən biri Kocaman, digəri isə İsveçrə “Bazel”ini çalışdıran Murat Yakındır. Amma klub rəsmilərindən əldə edilən məlumatlara görə, romalılar Kocamanla daha ciddi maraqlanır.
Qeyd edək ki, “Latsio” İtaliya A Seriyasında 17 turdan sonra 20 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır. Bu yay “Fənərbaxça”dan ayrılan 48 yaşlı mütəxəssis isə hazırda heç bir klubda işləmir.

0
0