Format dəyişikliyinin vəd etdikləri
21.12.2013 - 12:18
Format dəyişikliyinin vəd etdikləri
DÇ-2014-ün seçmə mərhələsi ilə müqayisədə AVRO-2016-ya gedən yol fərqli olacaq. Apasport.az saytının məlumatına görə, seçmə oyunlarının formatının dəyişməsi 10 milli komandanın yolunu açacaq.

Belə ki, arxada qoyduğumuz seçmə mərhələdə 9 qrupun hərəsində ilk yeri tutanlar birbaşa mundiala yüksəlmişdi. 2-ci yer sahiblərindən ən zəif nəticəyə malik Danimarka kənarda qalmış, digər 8 komanda pley-off oynamışdı. Sonda İsveç, Ukrayna, Rumıniya və İslandiya final mərhələsinə vəsiqə qazanan 13 komandadan geri qalmışdı.

Lakin 24 millinin qatılacağı AVRO-2016 olsaydı pley-offda uduzanlar da, kənarda qalan da artıq final mərhələsinə yüksəlmişdi. Bu isə o deməkdir ki, Danimarka, İsveç, Ukrayna, Rumıniya və İslandiya növbəti seçmə mərhələdən qazanmağa əsas namizədlərdir.

3-cü yer sahiblərindən ən yaxşı nəticəyə malik Serbiya da yeni formatda finala yüksəlmiş olur. Çexiya, Avstriya, Macarıstan, Sloveniya, İsrail, Slovakiya, Monteneqro və Finlandiya isə yeniliklə pley-off oynamalı olardı. Öz qrupunda 4-cü olan Azərbaycan yığması da Türkiyə kimi kənarda qalacaqdı.