Antirekord təkrarlandı
21.12.2013 - 12:43
Antirekord təkrarlandı
Topaz Premyer Liqasının mövsümün intizamsızlıq antirekordu təkrarlanıb. Apasport.az saytının məlumatına görə, XVIII turun qarşılaşmalarında 4 qırmızı vərəqə qeydə alınıb. Bu da XV turda qeydə alınan antirekordun təkrarıdır.

Dünənki qarşılaşmalarda hakimlər yalnız Bakı klublarının oyunçularını meydandan qovub. “Neftçi”nin 2 üzvü – Mahir Şükürovla Elvin Yunuszadə, “Rəvan”dan Mişel Balakoq və “Bakı”nın arxa xətt oyunçusu Şəhriyar Əliyev belə sərt cəzaya məruz qalıb.

Qırmızı vərəqlər turlar üzrə
I - yoxdur
II - 3
III - 2
IV – 2
V - 3
VI - 3
VII - 2
VIII - 1
IX - 1
X - 1
XI - yoxdur
XII - yoxdur
XIII - 1
XIV - 1
XV – 4
XVI – 1
XVII – 1
XVIII – 4
CƏMİ - 30