“Neftçi” evdə, “Qarabağ” səfərdə
21.12.2013 - 13:26
Topaz Premyer Liqasının ilk yarısının ən yaxşı ev və səfər komandaları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Neftçi” öz meydanında hamıdan yaxşı çıxış edən klubdur.
Bakılılar doğma divarlar arasında məğlub olmayan yeganə Premyer Liqa klubudur. “Qəbələ” isə öz meydanında heç-heçə etmir. Çempionatın autsayderlərindən biri “Rəvan” yeganə qələbəsini səfərdə qazandığından öz meydanında hələ də “siftə” etməyib. “Bakı” qonaqların qapısına hamıdan çox – 20 qol vurub. Öz meydanında ən az qol barxan 4 komandanın hərəsi 6 dəfə üzülüb.
Ən yaxşı səfər komandası isə “Qarabağ”dır. Ağdamlılar yalnız 1 dəfə səfərdən xalsız qayıdıb. “Sumqayıt” isə əksinə, rəqib meydanlarında qələbəyə həsrətdir. Rəqib meydanlarında az oyun keçirən “İnter” hamıdan çox qol vurması ilə, ağdamlılar isə az buraxmaqla fərqlənir. “İnter” həm də yeganə komandadır ki, qazandığı xalların daha çox hissəsini səfərdə əldə edib.

N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Neftçi | 9 | 7 | 2 | 0 | 18-6 | 23 |
2 | Qəbələ | 9 | 7 | 0 | 2 | 16-6 | 21 |
3 | Qarabağ | 9 | 6 | 2 | 1 | 19-6 | 20 |
4 | Bakı | 9 | 6 | 1 | 2 | 20-8 | 19 |
5 | Simurq | 9 | 4 | 3 | 2 | 10-6 | 15 |
6 | AZAL | 9 | 4 | 2 | 3 | 10-11 | 14 |
7 | Xəzər Lənkəran | 9 | 3 | 4 | 2 | 8-7 | 13 |
8 | İnter | 10 | 3 | 3 | 4 | 13-12 | 12 |
9 | Sumqayıt | 9 | 1 | 2 | 6 | 5-12 | 5 |
10 | Rəvan | 9 | 0 | 5 | 4 | 4-14 | 5 |
Ən yaxşı səfər komandası isə “Qarabağ”dır. Ağdamlılar yalnız 1 dəfə səfərdən xalsız qayıdıb. “Sumqayıt” isə əksinə, rəqib meydanlarında qələbəyə həsrətdir. Rəqib meydanlarında az oyun keçirən “İnter” hamıdan çox qol vurması ilə, ağdamlılar isə az buraxmaqla fərqlənir. “İnter” həm də yeganə komandadır ki, qazandığı xalların daha çox hissəsini səfərdə əldə edib.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 9 | 4 | 4 | 1 | 12-5 | 16 |
2 | İnter | 8 | 5 | 0 | 3 | 14-9 | 15 |
3 | Qəbələ | 9 | 4 | 2 | 3 | 11-10 | 14 |
4 | Neftçi | 9 | 3 | 2 | 4 | 9-13 | 11 |
5 | Simurq | 9 | 2 | 4 | 3 | 9-8 | 10 |
6 | AZAL | 9 | 2 | 4 | 3 | 7-12 | 10 |
7 | Xəzər Lənkəran | 9 | 2 | 3 | 4 | 8-15 | 9 |
8 | Bakı | 9 | 2 | 2 | 5 | 9-13 | 8 |
9 | Rəvan | 9 | 1 | 1 | 7 | 5-18 | 4 |
10 | Sumqayıt | 9 | 0 | 2 | 7 | 6-19 | 2 |
0
0