“Simurq”la “İnter”in fərqi
21.12.2013 - 14:10
Topaz Premyer Liqasının ilk yarısında ən sabit heyətə malik komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Simurq” 18 turda cəmi 20 futbolçunun xidmətindən yararlanıb. Ən sabit heyətə malik cütlükdən geri qalan AZAL 2 dövrəni 22, “Xəzər Lənkəran” 23 oyunçu ilə keçib.
Çempionatın autsayderi “Sumqayıt”ı zirzəmidən çıxarmaq üçün 24 oyunçunun əməyi yetərli olmayıb. Əvəzində “Qarabağ”la “Qəbələ”nin üst sıralarda qərarlaşması üçün 25 futbolçu kifayət edib.
Paytaxt təmsilçilərindən “Bakı”, “Rəvan” və “İnter” isə sanki çempionat boyu axtarışda olub. Bu üzdəndir ki, onlardan ikisi 26, sonuncular isə 27 futbolçunun əməyindən istifadə edib.

0
0