Berti Foqts Fatih Terimi arxada qoydu
21.12.2013 - 17:50
Berti Foqts Fatih Terimi arxada qoydu
Milli komandaların baş məşqçilərinin reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın müxtəlif futbol yığmalarını çalışdıran 454 mütəxəssis yer alıb.

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts siyahıda 84-cü pillədə qərarlaşıb. Almaniyalı mütəxəssisin hesabında 3776 xal var. Azərbaycanlı çalışdırıcıların yer almadığı cədvəldə Foqts özü kimi məşhurların bir qismini arxada qoyub.

Braziliyalı Dunqa 3682 xalla 87-ci, türkiyəli Fatih Terim 3267 xalla 97-cidir. Bernd Ştanqe, Quus Hiddink, Mircəlal Kasımov isə ilk “100-lüy”ün son sıralarındadır.

Siyahıya İspaniya yığmasının baş məşqçisi Visente del Boske başçılıq edir – 25.188 xal. İkinci pillədə almaniyalı Yoahim Löv (21.422), üçüncü pillədə isə uruqvaylı Oskar Tabares (20.482) qərarlaşıb.