Mikel Alvaro: “Qarabağ”a uduzmalı deyildik - MÜSAHİBƏ
22.12.2013 - 00:16
Topaz Premyer Liqasının XVIII turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzan “İnter” klubunun ispaniyalı yarımmüdafiəçisi Mikel Alvaro apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma haqqında nə deyə bilərsiniz?
- Fikrimcə, biz yaxşı oynadıq. İlk hissədə Vaqif Cavadovun qol vurmaq şansı oldu. Elə ikinci hissədə meydana daxil olan, mənim də fərqlənmək imkanım vardı. Ancaq alınmadı. Biz rəqibə uduzmalı deyildik.
- Komandanız ilk qolu müdafiədəki kobud səhvdən sonra buraxdı...
- Elədir. Halbuki, biz daha çox topla rəftar edən və daha çox hücum edən komanda idik. Ancaq təəssüf ki, məğlub olduq.
- “İnter” üçün mövsümün ilk hissəsini necə dəyərləndirərdiniz?
- Çempionata çox pis qoşulduq. Çoxlu oyunları uduzduq. Turnir cədvəlində 7-ci yerdə idik. Düzdür, sonradan özümüzə gəlməyə başladıq. Yenə bugünkü kimi məğlubiyyətimiz oldu. Ancaq düşünürəm ki, indi mövsümün əvvəlində sərgilədiyimiz futbola baxanda, daha yaxşı təsir bağışlayırıq.
- Cari mövsümün bundan sonrakı oyunları üçün hədəfiniz nədir?
- Fasilədən sonra çempionata yaxşı başlasaq, daha yüksək pillələrdə qərarlaşmağımız mümkündür. Avrokubok imkanlarımız məhdud deyil.
- Ancaq çempionluq mümkünsüz görünür...
- Premyer Liqa qalibi olmaq üçün gərək hər oyunda qələbələri sıralayaq. Belədə çempionluğun mümkünsüz olmadığını düşünürəm.
Səbuhi TOFİQOĞLU

0
0