Rəşad Sadıqov: Bu liderlik bizə heç nə vermir - MÜSAHİBƏ
22.12.2013 - 00:22
Topaz Premyer Liqasının XVIII turunun “İnter”lə görüşündən sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, millimizin də üzvü olan futbolçu öncə qarşılaşma haqqında fikirlərini çatdırıb.
- “İnter” bu gün çox yaxşı müdafiə olundu. Xüsusilə, ilk hissədə onların müdafiəsini yarmaq çətin idi. Onlardan belə taktiki dəyişiklik gözləyirdik. Ancaq topa nəzarət etsək də, ilk hissədə istədiyimiz kəsərli hücumları qura bilmirdik. İkinci yarıda isə rəqibin səhvindən sonra qol vurduq. Bundan sonra isə oyunumuz daha yaxşı getdi. Ancaq fikrimcə, “İnter” də bu gün yaxşı futbol nümayiş etdirdi.
- Hər 2 qolu ikinci hissədə vurdunuz. Fasilədə Qurban Qurbanovun xüsusi tapşırığı nə oldu?
- Onun komandaya bəzi taktiki məsləhətləri oldu. Ancaq elə oldu ki, rəqib də 10 dəqiqə sonra taktiki dəyişiklik etdi.
- İl arxada qalmaq üzrədir. “Qarabağ” üçün ili necə dəyərləndirərdiniz?
- Ümumilikdə, bu il pis çıxış etməmişik. Həm ötən mövsümün sonu, həm avrokuboklar, həm də hazırkı mövsümün əvvəlini nəzərə alsaq, pis oynamadığımızı düşünürəm. Ən əsas fasilədən sonradır. Bu liderlik bizə heç nə vermir. Əsas odur ki, mayda lider olasan.
- Belə bir deyim formalaşıb ki, “Qarabağ” özü çempion olmaq istəmir. Bu il çempion olmaqla bunun cavabını vermək istəmirsiniz?
- Bizim istəyimizlə deyil ki. Hər şey Allahın əlindədir. Rəqiblərimiz də futbol oynaya bilir, güclü komandalar var. Özünüz də görürsünüz ki, gərgin mübarizə gedir. Biz niyə çempion olmaq istəmirik ki? Kim istəməz ki, qalib olub Çempionlar Liqasında oynamasın? Hamısı boş-boş söhbətlərdir.
- Berti Foqts daha 2 il yığmamızın baş məşqçi postunda qaldı. Bu, düzgün qərar idi?
- Bu haqda dəfələrlə öz fikrimi bildirmişəm. Təkrarlamağın mənası yoxdur. Ona postunda uğurlar arzulayıram.

0
0