PSJ braziliyalı futbolçusu ilə müqaviləni yeniləyir
22.12.2013 - 22:52
PSJ braziliyalı futbolçusu ilə müqaviləni yeniləyir
PSJ təcrübəli yarımmüdafiəçisi Tiaqo Motta ilə müqaviləni yeniləyir. Apasport.az saytının məlumatına görə, bu barədə 31 yaşlı futbolçu Fransa mətbuatına açıqlamasında danışıb.

Braziliyalı Paris klubunda qalmağı çox istədiyini deyib: “Yaxın günlərdə müqavilə imzalanacaq. Artıq danışıqları tamamlamışıq. Sadəcə olaraq, bir neçə detal qalıb. Burada qamamaq üçün heç bir səsəb görmürəm”.

Qeyd edək ki, Motta 2012-ci ildə İtaliyanın “İnter” klubundan PSJ-yə transfer olunub.