Hansı komandamız “Arminiya” ilə qarşılaşacaq?
23.12.2013 - 14:09
Hansı komandamız “Arminiya” ilə qarşılaşacaq?
“İnter”in Türkiyə hazırlığı zamanı yoxlama görüşlərindəki rəqiblərindən birinin adına aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, bu, hazırda Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan Bilefeld “Arminiya”sıdır.

Artıq bu görüşün hansı tarixdə oynayacağı da məlumdur. Tərəflər arasındakı bu qarşılaşma yanvarın 22-də baş tutacaq. Bundan başqa, “İnter”in daha 4 görüşdə gücünü sınaması planlaşdırılıb.

Qeyd edək ki, “Arminiya” hazırda 2-ci Bundesliqada qeyri-sabit çıxış edir. Bilefeld təmsilçisi 21 xalla 15-ci pillədədir.