“İnter”də braziliyalı qalmadı
23.12.2013 - 16:17
“İnter”də braziliyalı qalmadı
“İnter”dən ayrılacaq daha bir futbolçunun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt klubunda ümidləri doğrultmadığı üçün Flavio Bekin ardından daha bir braziliyalı futbolçu - Joan Paulonun karyerası başa çatmağa yaxındır.

Sadəcə, futbolçunun klubu ilə hələ 6 aylıq müqaviləsi qaldığından, onunla yolları birbaşa ayırmaq mümkün olmayıb. “İnter”də cəmi 5 oyuna çıxıb, 1 sarı vərəqə alan braziliyalı mərkəz müdafiəçisi belədə transferə çıxarılıb.

Qeyd edək ki, “İnter” bundan öncə komandaya xeyir verməyən legionerləri – Daniel Genov, İlço Naumoski və Flavio Beklə yolları ayırmışdı. Klub tərəfindən Mikel Alvaroya qarşı da eyni istək olsa da, 1,5 illik anlaşmanın mövcudluğu ispaniyalı futbolçunun komandada qalmasına səbəb olmuşdu.