Bakıda futbola maraq yoxdur: Lənkəranlılar hamıdan öndə
23.12.2013 - 16:39
Bakıda futbola maraq yoxdur: Lənkəranlılar hamıdan öndə
Topaz Premyer Liqasının ilk yarısının oyunlarını 144 min 750 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, arxada qalan 2 dövrənin 18 turunun 90 qarşılaşmasında orta izləyici sayı 1608-ə bərabər olub.

Ev oyunlarında ən çox tamaşaçı toplayan “Xəzər Lənkəran”dır. Cənublular bu göstəricidə 2-ci olan “Sumqayıt”ı təxminən 3 qat üstələyir. 3-cü yerdə isə “Neftçi”dir. Ən az azarkeş isə “Rəvan”ın öz meydanındakı qarşılaşmalarda olub.

Klub
Oyun
Tamaşaçı
Orta say
1
Xəzər Lənkəran
9
53600
5956
2
Sumqayıt
9
17700
1967
3
Neftçi
9
15100
1678
4
Qəbələ
9
11800
1311
5
Qarabağ
9
10550
1172
6
İnter
10
10800
1080
7
Simurq
8
7550
944
8
AZAL
9
7600
844
9
Bakı
9
6450
717
10
Rəvan
9
3600
400

“Xəzər Lənkəran” səfər oyunlarında da hamıdan çox azarkeş toplamağı bacarıb. Bu göstəricidə lideri “Neftçi” ilə “Qəbələ” izləyir. Çempionatın autsayderi “Sumqayıt” burada da sonuncudur.

Klub
Oyun
Tamaşaçı
Orta say
1
Xəzər Lənkəran
9
19700
2189
2
Neftçi
9
18450
2050
3
Qəbələ
9
18150
2017
4
Qarabağ
9
17650
1961
5
Bakı
9
16000
1778
6
AZAL
9
13450
1494
7
Simurq
10
13350
1335
8
İnter
8
10650
1331
9
Rəvan
9
9750
1083
10
Sumqayıt
9
7600
844

18 turun oyunları 11 stadionda keçirilib. “Xəzər Lənkəran”ın tamaşaçı sayındakı aşkar liderliyi komandanın ev matçlarını keçirdiyi stadionun azarkeş toplaması ilə bağlıdır. Arenalar arasında 1-ci olan cənub təmsilçisinin stadionu Zaqatala və Sumqayıtdakı stadionları qabaqlayır. Tamaşaçıların ən az getdiyi stadion isə “Dalğa Arena”dır. Ümumiyyətlə son 6 yerdə paytaxtdakı arenalardır.

Stadion
Oyun
Tamaşaçı
Orta say
1
Lənkəran
9
53600
5956
2
Zaqatala
2
4000
2000
3
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
9
17700
1967
4
Bakcell Arena
12
20600
1717
5
Qəbələ
11
12100
1100
6
Şəfa
13
12850
988
7
T.Bəhramov adına Respublika stadionu
5
4700
940
8
AZAL Arena
9
7600
844
9
“Bakı” FK-nın bazası
9
6450
717
10
Bayıl Arena
10
4800
480
11
Dalğa Arena
1
350
350

Mövsümün ilk yarısında ən çox tamaşaçı toplayan 5 qarşılaşmanın hamısı Lənkəranda meydan sahiblərinin iştirakı ilə keçirilib. “Top-5”də 6500-dən çox seyrçi toplayan görüşlər yer alıb. Mövsümün rekordu isə “Xəzər Lənkəran”la “Neftçi” arasında “Böyük oyun”a məxsusdur – 10 min.

Oyun
Tur
Tarix
Stadion
Tamaşaçı sayı
Xəzər Lənkəran – Neftçi – 0:0
4
25.08.2013
Lənkəran
10000
Xəzər Lənkəran  - Qarabağ – 0:3
11
27.10.2013
Lənkəran
7500
Xəzər Lənkəran  - Bakı – 2:1
6
14.09.2013
Lənkəran
7100
Xəzər Lənkəran  - Simurq – 0:0
2
11.08.2013
Lənkəran
7000
Xəzər Lənkəran – İnter – 0:1
8
27.09.2013
Lənkəran
6500

Ən az tamaşaçı isə “Simurq”un autsayderlərə qarşı Qəbələdə keçirdiyi ev oyunlarında qeydə alınıb – 150 nəfər. Paytaxtda baş tutan 4 görüşdə isə 200 seyrçi qeydə alınıb.

Oyun
Tur
Tarix
Stadion
Tamaşaçı
Simurq - Rəvan – 2:0
1
03.08.2013
Qəbələ
150
Simurq  - Sumqayıt  - 3:1
6
15.09.2013
Qəbələ
150
AZAL  - Sumqayıt – 1:0
4
23.08.2013
AZAL Arena
200
AZAL – İnter – 0:2
11
26.10.2013
AZAL Arena
200
AZAL - Rəvan – 2:1
16
08.12.2013
AZAL Arena
200
Rəvan  - Simurq – 0:3
18
20.12.2013
Bayıl Arena
200