Millimizin daha bir üzvü 2-ci Bundesliqada debüt etdi - FOTO
23.12.2013 - 17:58
Almaniya 2-ci Bundesliqasında fasilə yaranıb. Apasport.az saytının məlumatına görə, 21 yaşadək millimizin üzvləri – Tuğrul Eratla Ərən Taşkının şərəfini qoruduğu Düsseldorf “Fortuna”sı fasilədən öncə evdə “Köln”lə qarşılaşıb.
Erat ardıcıl 3-cü dəfə matça start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib. Taşkın isə fasilədən sonra meydana çıxıb və 88-ci dəqiqədə sarı vərəqə alıb. O, Oliver Finki əvəzləməklə “Fortuna”nın əsas komandasında debüt edib. Bununla da, Tuğrulun ardından Ərən də 2-ci Bundesliqada debüt etmiş millimizin üzvü kimi tarixə düşüb.
Yeri gəlmişkən, hücumameylli futbolçunun meydana daxil olmasından sonra “Fortuna”nın oyununda yüksəliş hiss olunub. Belə ki, Düsseldorf təmsilçisi 2 qol vuraraq tarazlığı bərpa edib. Ancaq “Fortuna” 75-ci dəqiqədə qapısından bir top da buraxaraq məğlub olub – 2:3.
Qeyd edək ki, bu nəticədən sonra “Fortuna” 25 xalla 10-cu sırada qərarlaşıb.

0
0