Etame Lalin və Rahidə çatdı
23.12.2013 - 18:30
Etame Lalin və Rahidə çatdı
Topaz Premyer Liqasının XVIII turu “Xəzər Lənkəran” üçün növbəti dublla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la qarşılaşmada 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran”ın legioneri Mbilla Etame bu qarşılaşmada rəqib qapısına 2 qol vurub.

Bu isə yayda transfer olunan futbolçunun “ağ-yaşıllar”ın heyətində 3-cü dubludur. Etame komandadakı dubl sayında Rahid Əmirquliyev, İvan Svetkov, Allan Lalin və Edmond NTiamoaya çatıb. Bu futbolçuların hərəsinin 3 dublu var. Onlar yalnız 3 oyunçudan geri qalır. Mütləq rekord isə Zaur Ramazanova məxsusdur – 8 dubl. Vüqar Nadirov 5, Samir Əliyev 4 dəfə bunu bacarıb.

Kamerunlu forvard eyni mövsümdə 3 dubla imza atmaqla Samir Əliyevin 2004/05, Allan Lalinin 2009/10 mövsümündə gerçəkləşdirdiyi nəticəni təkrarlayıb. Bir mövsümdəki dubl rekordu isə Zaur Ramazanova məxsusdur. Hücumçu komandasının çempion olduğu 2006/07 mövsümünün 5 qarşılaşmasında 2 dəfə qol vurmağı bacarıb.

Qeyd edək ki, ümumilikdə “Xəzər Lənkəran”ın tarixində qeydə alınan 67 dubla 34 futbolçu imza atıb.

“Xəzər Lənkəran”da ən çox dubla imza atan futbolçular
1. Zaur Ramazanov 8
2. Vüqar Nadirov 5
3. Samir Əliyev 4
4-8. Rahid Əmirquliyev 3
İvan Svetkov 3
Allan Lalin 3
Edmond NTiamoa 3
Etame Mbilla 3