“Ebesilio istənilən Rusiya komandasında oynaya bilər”
23.12.2013 - 19:00
“Biz heyətdə çox dəyişikliklər etmişik. Həmçinin məşq prosesində də. Əsas dəyişiklik isə yeni oyunçuların cəlb olunması ilə bağlıdır. Mənim baxışıma görə, yenilər özlərini pis göstərmir. Komandadakı atmosfer xoşuma gəlir”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Syomin Rusiya mətbuatına verdiyi müsahibəsində yeni futbolçulardan Lorentso Ebesilionu lider adlandırıb: “Ebesilionu xüsusi qeyd edərdim. Bu futbolçu istənilən Rusiya komandasında oynaya bilər. O, hollandiyalıdır. “Ayaks”da yetişib və oynayıb. O, Donetsk “Metallurq”unda da çıxış edib. Hələ 22 yaşı var. Ancaq o aşkar şəkildə öz hazırlığı ilə seçilir. Lorentso bizim komandanın lideridir”.
Syomin legioner limiti haqqında da danışıb. O, limitin sərtliyini vurğulayıb: “Hər komanda özünə görə formalaşıb. Rusiyadakı kimi, Azərbaycanda da legioner limiti var. Meydançada mütləq 4 yerli futbolçu olmalıdır. Həmin bu oyunçular böyük rol oynayır. Məsələn, “Neftçi”də artıq çoxdandır ki, öz azərbaycanlı futbolçu kadrları var. Onlarda ən yaxşıları yığılıb. “Spartak” Nikiforov, Onopko, Tsımbaları öz vaxtında yığdığı kimi, burda da belədir. Bu baxımdan biz “Neftçi” və “Qarabağ”a uduzuruq. Limitin özü kifayət qədər sərt qoyulub. Yerlilərdən biri 21 yaşdan böyük olmamalıdır. “Qəbələ”də gənc oyunçuların yetişməsinə böyük diqqət ayırırlar. Özlərinin futbol akademiyası var”.

0
0