Robinyo “Milan”dakı gələcəyinə aydınlıq gətirdi
23.12.2013 - 22:58
Robinyo “Milan”dakı gələcəyinə aydınlıq gətirdi
“Milan”ın ulduz futbolçusu Robinyo haqqında çıxan transfer xəbərləri ilə bağlı danışıb. Apasport.az saytının məlumatına görə, ölkəsi Braziliyanın mətbuatına danışan 29 yaşlı hücumçu qış transfer pəncərəsində sabiq klubu “Santos”a qayıtmayacağını deyib:

“Santos” azarkeşləri ilə münasibətim çox yaxşıdır. Amma hələlik heç nə deyə bilmərəm. Fikrimcə, “Santos”a qayıtmağım çox mümkünsüz görünür. Çünki mənim klubumla müqavilə öhdəliyim var”.

Qeyd edək ki, 2002-2005-ci illər ərzində “Santos”da çıxış edən Robinyo 2010-cu ildə İngiltərənin “Mançester Siti” klubundan “Milan”a keçib.