Futbolçumuz oynadı, komandası səfərdə xal itirdi
24.12.2013 - 01:05
Futbolçumuz oynadı, komandası səfərdə xal itirdi
Ötən gün millimizin hücumçusu Cihan Özkara Türkiyə Superliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun şərəfini qoruduğu “Sivasspor” Superliqanın XVI turunda səfərdə “Akhisar BS” ilə üz-üzə gəlib.

Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Roberto Karlos Cihanı 84-cü dəqiqədə Aatıf Şaeşunun əvəzinə meydana çıxarıb.

Qeyd edək ki, “Sivaspor” bu matçdan sonra 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.