“Tottenhem”də baş məşqçi məsələsinə aydınlıq gətirildi
24.12.2013 - 02:58
Cari mövsümə uğursuz başlayan və bir neçə gün əvvəl baş məşqçisi Andre Villaş-Boaşla yollarını ayıran “Tottenhem” bu vəzifəyə müvəqqəti olaraq onun köməkçisi Tim Şervudu gətirmişdi. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik Şervudla yeni müqavilə imzalayıb.
Bu sözləşməyə əsasən 44 yaşlı çalışdırıcı 2014-2015 mövsümünün sonuna qədər komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, hazırda “Tottenhem” İngiltərə Premyer Liqasında 17 oyundan sonra 30 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır.

0
0