İsveçrə yığmasını “Latsio”nun baş məşqçisi çalışdıracaq
24.12.2013 - 10:19
İsveçrə yığmasını “Latsio”nun baş məşqçisi çalışdıracaq
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının iştirakçılarından olan İsveçrə yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, hazırda “Latsio”nu çalışdıran Vladimir Petkoviçdir.

Xorvatiyalı baş məşqçi vətəndaşlığını daşıdığı İsveçrə millisinə mundialdan sonra başçılıq edəcək. 50 yaşlı çalışdırıcının özü bu haqda belə deyib: “Heç kimə Otmar Hitsfeldin xələfi olmaq asan məsələ deyil. Ona görə mənim üçün də asan olmayacaq. Ancaq mən komandanın potensialına əminəm. Hazırda cari işimə diqqətimi yönəltmək istəyirəm. 2014-cü ilin iyulun 1-dən isə yeni işimə hazır olacağam”.

Qeyd edək ki, 2008-ci ildən İsveçrə millisini çalışdıran almaniyalı Otmar Hitsfeld mətbuata açıqlamasında mundialdan sonra postunu tərk edəcəyini bəyan edib.