“Xəzər Lənkəran”dan gedişimlə bağlı söhbət bir neçə dəqiqə çəkdi”
24.12.2013 - 10:14
“Xəzər Lənkəran”dan gedişimlə bağlı söhbət bir neçə dəqiqə çəkdi”
“Xəzər Lənkəran”dan ayrılan braziliyalı qapıçı Duqlas Leyte yeni klubunda ictimaiyyətə təqdim olunub. Apasport.az saytının məlumatına görə, yayda cənub təmsilçisinə transfer olunan, lakin ümidləri doğrultmayan qolkiperin əvvəllər də şərəfini qoruduğu “Quarani”yə keçidi rəsmiləşib.

2014-cü il yanvarın 2-dən qüvvəyə minəcək müqavilənin təqdimatında çıxış edən Leyte “Xəzər Lənkəran”dan ayrılıb, vətənə dönməsi ilə bağlı qərar verərkən tərəddüd etmədiyini bildirib: “Geri qayıdışımın təşəbbüskarı “Quarani” rəhbərliyi idi. Klub prezidenti məni yaxşı tanıyır. Bizim qayıdışımla bağlı söhbətimiz bir neçə dəqiqə çəkdi. Bunun üçün ona təşəkkür edirəm. Sevinirəm ki, “Quarani”yə qayıtdım. Komandadan ayrı olduğum müddətdə karyeramda həm yaxşı şeylər olub, həm də uğursuzluqlar. Əminəm ki, 2014-cü ildə hər şey bizim üçün yaxşı olacaq”.