Sərgən Yalçın fikrini dəyişdi
24.12.2013 - 10:43
Ötən həftə qış fasiləsində “Qaziantepspor”u tərk edəcəyini açıqlayan Sərgən Yalçın fikrindən daşınıb. Apasport.az saytının məlumatına görə, “NTV Spor”a müsahibə verən 41 yaşlı mütəxəssis Superliqa klubu ilə əməkdaşlı davam etdirməyin mümkün olduğunu bildirib.
Türkiyə futbolunun əfsanələrindən olan sabiq pleymeyker taleyinin gələn ilin yanvarında “Qaziantepspor” klubun prezidenti postu üçün keçiriləcək seçkilərdən asılı olduğunu söyləyib: “Yeni bir başqanın və İdarə Heyətinin seçkilərdə qalib gəlmək ehtimalı var. Onlar seçilərlərsə, bizə düşən yeni gələnlərin yolunu açmaqdır. Hazırkı rəhbərlik işinə davam edərsə, biz də qalacağıq”.
Qeyd edək ki, Sərgən Yalçınla 5 oyuna çıxan “Qaziantepspor” 4 qələbə qazanıb, 1 görüşdə uduzub. Komanda hazırda 20 xalla 11-ci pillədə qərarlaşıb.

0
0