Yığmamızın futbolçusu: Belə auditoriya qarşısında tüklərim biz-biz olurdu
24.12.2013 - 11:15
“Bu qarşılaşmada qalib gəlməli idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Tuğrul Erat deyib.
Milliləşən Almaniya türkü II Bundesliqada keçirdiyi ikinci qarşılaşma haqda danışıb. Düsseldorf “Fortuna”sının şərəfini qoruyan Erat öz meydanlarında çempionatın lideri “Köln”ə 2:3 hesabı ilə uduzduqlarına üzülüb. Erat arenaya toplaşan 52500 tamaşaçı qarşısında oynamağın həyəcanından da danışıb: “Belə böyük auditoriya qarşısında oynadığımızdan tüklərim biz-biz olurdu. Hesabda 0:2 uduzarkən belə geri dönüş edə bildik. 2 qol vurub hesabda tarazlıq yaratmağı bacarmağımız isə bizim əsl komanda olduğumuzu göstərir. Təəssüf ki, sonda uduzduq”.
Baş məşqçi dəyişikliyindən sonra əsas komandaya cəlb olunan Erat hazırda bu vəzifəni müvəqqəti icra edən Oliver Rekin postunda qalmasının tərəfdarıdır: “Mənim üçün baş məşqçinin kimliyinin fərqi yoxdur. Meydana çıxıb öz işimi görürəm. Bundan sonra da Oliver Rekin postunda qalmasına etirazım yoxdur”.
Qeyd edək ki, 19 turdan sonra hesabında 25 xal olan “Fortuna” 10-cu sırada qərarlaşıb.

0
0