Fariz Nəcəfov: O, icarəyə veriləcək
24.12.2013 - 11:53
“Saytınıza verdiyim son müsahibəmdə komandadan göndəriləcəyi ehtimal olunan futbolçuların siyahısının bəlli olduğunu bildirmişdim. Ancaq son 2 turda onların bəzilərinə şans verildi deyə, indi konkret ad çəkə bilmirəm”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Bununla belə, Nəcəfov komandadan bir futbolçunun gedəcəyinin dəqiqləşdiyini bildirib. Onun sözlərinə görə, həmin oyunçu başqa klublara icarəyə veriləcək: “Yuri Syomin Tərzin Cahangirovun komandadan ayrılmasına icazə verib. O da heyətə düşə bilməyən futbolçunun başqa klublarda mövsümün sonunadək icarə əsasında oynamasında maraqlıdır. “Rəvan” və ya “Sumqayıt” kimi klublarda təcrübə keçməsi Tərzinin xeyrinə olacaq. Ancaq onun hələ konkret hansı klubda çıxış edəcəyi müəyyənləşməyib”.
“Qəbələ” rəsmisi bu gün ilk transferlərinin rəsmiləşəcəyini də təsdiqlədi: “Bu gün ilk transferimiz gerçəkləşəcək. AZAL-da özünü yaxşı tərəfdən göstərmiş, U-21 millimizin üzvü Ruslan Tağızadə ilə bu gün müqavilə bağlayacağıq. Müqavilənin müddəti 2 illik olacaq. Onun “Qəbələ”yə xeyir verəcəyinə inanırıq”.
Qeyd edək ki, Tərzin Cahangirov cari mövsüm 1 oyuna çıxıb. O, cəmi 33 dəqiqə meydanda olmaq imkanı əldə edib.
Səbuhi TOFİQOĞLU

0
0