“Qəbələ” qol vurdu, “Bakı” 500 manat itirdi
24.12.2013 - 12:42
“Qəbələ” qol vurdu, “Bakı” 500 manat itirdi
AFFA İntizam Komitəsi əvəzedicilərin çempionatının XVIII turunda olan qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ” – “Bakı” matçının son dəqiqələri diqqət mərkəzində olub.

Belə ki, görüşün 90+1-ci dəqiqəsində “Qəbələ”nin qələbə topunu vurması “Bakı”nın baş məşqçisi İbrahim Uzuncanı özündən çıxarıb. Belədə o, texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Bu isə türkiyəli məşqçinin 1 oyunluq cəzalanmasına, işlədiyi klubun isə 500 manat cərimə olunmasına səbəb olub.

“Rəvan” – “Simurq” matçında isə Bakı klubunun futbolçusu Kamil Nurəhmədov 78-ci dəqiqədə aqressiv hərəkətə yol verib. Birbaşa qırmızı vərəqə alan oyunçunun cəzası ağır olub. O, 4 oyunluq cəzalandırılmaqla yanaşı, klubunu 2000 manat ziyana salıb.