Qara Qarayev: “Neftçi” ilə duellərdən həzz aldım – MÜSAHİBƏ
24.12.2013 - 13:49
“Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasında mübarizənin tən yarısı arxada qaldı. Başa çatan iki dövrəni necə dəyərləndirirsiniz?
- Turnir cədvəlinə baxanda, çoxları çempionatın arxada qalan hissəsinin bizim üçün yaxşı keçdiyini düşünə bilər. Ancaq arxaya boylandıqda, işlərin heç də ideal olduğunu demək olmaz. Vacib xallar itirdik. Elə komandalarla görüşdə büdrədik ki, bunu etməməli idik. Fasiləyə lider yollansaq da, bundan da yaxşısını etmək mümkün idi.
- Hansı komandalarla qarşılaşmaları nəzərdə tutursunuz?
- AZAL, “Rəvan” və “Simurq”la duellərdə xallar itirməməli idik.
- Adını çəkdiyiniz komandalar elə də zəif deyillər. Bu klublar digər iddialıları da büdrədiblər. Elə qış fasiləsi ərəfəsində AZAL “Neftçi”ni məğlub etdi.
- Razıyam. Ancaq biz onlarla oyunlarda üstün tərəf olmuşuq. Qol epizodlarımız çox idi, lakin istifadə edə bilməmişik.
- Çempionatın gedişi onu göstərdi ki, komandada durğunluq yaşandı. Bu, nədən irəli gəlirdi?
- Mövsümə yaxşı başladıq. Ardıcıl qələbələr qazandıq. Sadəcə, futbolda da durğunluq olur. Baxırsan ki, bir neçə oyunda istədiyin nəticəni qazana bilmirsən. Bunun komanda daxili hansısa durumdan qaynaqlandığını söyləmək olmaz. Çünki komandada başqa atmosfer yaranmamışdı. Avropa Liqasından yeni qayıtmışdıq. Müəyyən yorğunluq yaranmışdı. Maraqlıdır ki, biz xal itirdiyimiz turlarda rəqiblərimiz də büdrəyirdi. Ona görə də yerimizi qoruya bilirdik.
- Rəqiblərdən hansını yaxşı mənada fərqləndirmək istərdiniz?
- İştirakçısı olduğum oyunlardan “Neftçi” ilə duellərdən həzz aldım. “Qəbələ” ilə görüş də maraqlı keçdi.
- Zirvəyə yüksəlmək nə qədər çətindirsə, orada qərarlaşmaq ondan da çətindir, deyirlər. Bu fikirlə razılaşırsınız?
- Sözsüz, zirvəyə yüksəlmək asandır, orada qalmaq, zirvəni saxlamaq çox çətindir. İşin asan hissəsi arxada qaldı. Bizi daha çətin dövr gözləyir.
- Ötən mövsümdə də tez-tez turnir cədvəlinə başçılıq edirdiniz. Əksər futbolçularınız çempionluqdan dəm vururdular. Ancaq finiş arzuolunmaz alındı...
- İndidən çempionluq haqda düşünmürəm. Bu oyun bitdisə, növbəti qarşılaşma haqda düşünməli, motivasiya olmağa çalışıram. Çempion olmaq üçün qələbələri sıralamaq vacibdir. Biz hər oyunda qələbə qazansaq, çempion olacağıq. Ona görə də mövsümün sonunu deyil, növbəti oyunu düşünmək lazımdır.
- Başa çatmaqda olan 2013-cü il yaddaşınızda necə qaldı?
- Bəziləri üçün 13 nəhs rəqəmdir. Amma buna inanmıram. Çünki əsas millidə meydana çıxmağım bu il baş verdi. Bu da mənim üçün sevindirici haldır. Çalışacam, daha yaxşısını edim, millidə çox oyun keçirim.
- Əksər futbolçular fasilədə ölkə xaricinə yollanıblar. Siz istirahət etmək üçün hansı məkana üz tutacaqsınız?
- Gedəcəyim yeri müəyyənləşdirmişəm. İstirahət etmək üçün 3-4 günlük İstanbula üz tutacam. Yorğunluğu orada çıxaracam. Şəhərdən uzaq olmaq istəyirəm ki, beynim sakitləşsin.
- Yeni il at üzərində təhvil olacaq. Nağıllarda vəfalı olmağın simvoluna çevrilən at ilindən nə gözləyirsiniz?
- Ümid və dua edirəm ki, yeni ilimiz daha maraqlı, həyəcanlı olsun.

0
0