Hakan Şükür “LİG TV”dən qovulub?
24.12.2013 - 14:27
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa edən Hakan Şükürün “LİG TV”dən qovulması ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı sözügedən telekanaldan açıqlama gəlib.
"Sosial media və bəzi internet saytlarında Hakan Şükürünü “LİG TV”dən çıxarılması ilə bağlı xəbərlər əsassızdır, o, işinə davam etməkdədir” – telekanalın yaydığı açıqlamada bildirilir.
Qeyd edək ki, İstanbul Millət vəkili olan veteran futbolçu hökumətin orta məktəblərlə bağlı açıqlamalarından sonra AKP-dən istefa verərək, fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini bəyan edib.

0
0