“Sumqayıt”dan ayrıldı, Türkiyəyə getdi - FOTO
24.12.2013 - 14:35
“Sumqayıt”dan ayrıldı, Türkiyəyə getdi - FOTO
“Sumqayıt”da icarə əsasında çıxış edən Nurlan Novruzov Türkiyədə peyda olub. Apasport.az saytının məlumatına görə, “Bakı”ya məxsus olan gənc oyunçu bu ölkədə çıxış etmək istəyindədir.

Hazırda o, Türkiyənin I dəstə təmsilçisi “Fəthiyəspor”un düşərgəsindədir. Ancaq etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, 19 yaşlı hücumçu meneceri tərəfindən aldadılıb. Belə ki, futbolçuya “Karşıyaka”da baxışda olacağı ilə bağlı söz verilsə də, belə olmayıb. O, aşağı dəstənin autsayderlərindən olan “Fəthiyəspor”un düşərgəsində yer almalı olub. Böyük ehtimalla, Nurlan vətənə geri qayıdacaq.