İbrahim Sehiç turun ən yaxşısı oldu
24.12.2013 - 15:08
Topaz Premyer Liqasında XVIII turun rəmzi komandası və ən yaxşı oyunçusu açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik göstəricilərə əsasən, “Qarabağ”ın qapıçısı İbrahim Sehiç turun ən yaxşı futbolçusu olub. 2013-cü ildə keçirilən sonuncu turun rəmzi komandasında isə bu klubun 7 oyunçusu yer alıb.
Qapıçı – İbrahim Sehiç (Qarabağ)
Müdafiəçilər – Ansi Aqolli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Brüs Abdulaye (İnter), Maksim Medvedev (Qarabağ)
Yarımmüdafiəçilər – Arif Daşdəmirov (İnter), Riçard Almeyda (Qarabağ), Vüqar Nadirov (Qarabağ), Marinaldo Silva (Qarabağ)
Hücumçular – Etame Mbilla (Xəzər Lənkəran), Vaqif Cavadov (İnter)
“Qarabağ” ötən tur topa ən çox sahib olan komandadır – 36 dəqiqə. Hücum sayında (114) “Bakı”, qapıya zərbələrdə (23) isə “Xəzər Lənkəran” üstün olub. “Simurq” ötürmələrin sayına (670) və dəqiqliyinə (594) görə digərlərindən fərqlənib. Zaqatala təmsilçisinin futbolçuları ötən tur 12 dəfə oyundankənar vəziyyətə düşüb. Künc zərbələrinin sayında “Bakı” öndədir – 11 dəfə. Təkbətək mübarizələrdə “Neftçi” digər komandalardan uğurlu olub. AZAL futbolçuları isə ötən tur ərzində hamıdan çox qayda pozuntusuna yol veriblər – 33 dəfə.
Rəqib qapısına zərbələrdə (4) Vaqif Cavadov (İnter), komanda yoldaşlarına ötürmələrdə (96%) isə Patrik Osiako (Simurq) fərqləniblər. “Sumqayıt”lı Pərdis Fərcad-Azad hava mübarizələrində hamıdan uğurlu olub. Araz Abdullayev (Neftçi) rəqibini aldadıb keçməkdə, Arif Daşdəmirov (İnter) isə rəqibdən top almaqda üstün olub.
Mənbə: pfl.az

0
0