“Rəvan” “təmizləmə əməliyyatı”na başladı
24.12.2013 - 16:52
“Rəvan”dan xaric olunacaq 2 futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, yayda heyətə cəlb olunmuş legionerlərdən ikisi ilə yollar ayrılacaq.
Bunlar Tacikistan yığmasının mərkəz müdafiəçisi Sahib Savankulov və isveçli yarımmüdafiəçi Fredrik Holsterdir.
Savankulov “Rəvan”da 7 oyuna 1 qol vurub ki, bu top da “Xəzər Lənkəran”ın qapısına vurulub. Holster isə cəmi 5 matça çıxıb. Hazırda şəxsi problemləri üzündən Rusiyanın Kislovodsk şəhərinə gedən Şahin Diniyev ölkəmizə qayıtdıqdan sonra digər oyunçular haqqında da qərar veriləcək.
Qeyd edək ki, 25 yaşlı Holsterin gedişi ilə Premyer Liqada isveçli futbolçu qalmadı. Hələ mövsümün gedişində çiliəsilli Sebastyan Kastro-Telyo “Rəvan”dan ayrılmışdısa, digər isveçli Freddi Borq isə çempionatda fasilə yarandıqdan sonra AZAL-ı tərk edib.

0
0