“Rəvan”ın Türkiyə toplanışının vaxtı bilindi
24.12.2013 - 18:21
“Rəvan”ın Türkiyə toplanışının vaxtı bilindi
“Rəvan”ın ölkə xaricində təlim-məşq toplanışı keçməsi dəqiqləşib. Apasport.az saytına klubun vitse-prezidenti Bəhruz Şirəliyevin verdiyi məlumata görə, paytaxt klubu əksər komandalarımız kimi Türkiyənin Bələk bölgəsində hazırlıq keçəcək.

Artıq qonşu ölkədə baş tutacaq hazırlıqların vaxtı da bilinir. Mərdəkandakı “Dalğa Arena”da məşqlərə start verəcək “Rəvan” yanvarın 14-dən etibarən hazırlıqlarını Türkiyədə davam etdirəcək. Türkiyə toplanışı yanvarın 26-da sona çatacaq.

Qeyd edək ki, hələ “Rəvan”ın qardaş ölkədə məskunlaşacağı otelin adı və sınaqçı rəqiblərin kimliyinə aydınlıq gəlməyib.