Millimizin futbolçuları İspaniyaya gedir
24.12.2013 - 18:59
Millimizin futbolçuları İspaniyaya gedir
21 yaşadək futbolçulardan ibarət millimizin üzvləri Tuğrul Eratla Ərən Taşkının şərəfini qoruduğu Düsseldorf “Fortuna”sının təlim-məşq toplanışına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, dekabrın 23-dən istirahətə buraxılan Almaniyanın 2-ci Bundesliqa klubu bir də yanvarın 7-də bir araya gələcək.

Komanda “Arena Şportpark”da məşqlərə başlayacaq. “Fortuna” yanvarın 11-də bizim vaxtla saat 18:00-da həvəskar komandalardan olan “Ştrümp”lə gücünü sınayacaq. Yanvarın 20-dən 28-dək isə İspaniyanın La-Manqa bölgəsində “Qış Kuboku” turniri keçiriləcək. Bu turnirdə “Fortuna” ilə yanaşı, Almaniya Bundesliqasından “Bayer”, Braunşvayq “Ayntraxt”ı və Zaqreb “Dinamo”su iştirak edəcək.

Qeyd edək ki, “Fortuna”nın başqa yoxlama oyunlarında da gücünü sınaması mümkündür.