İlkay Gündoğan qayıdır
24.12.2013 - 20:26
İlkay Gündoğan qayıdır
Cari mövsümün əvvəlindən belindən zədəli olduğu üçün komandasına kömək edə bilməyən Dortmund “Borussiya”sının türk əsilli futbolçusu İlkay Gündoğan şad xəbər gəlib. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, artıq 23 yaşlı yarımmüdafiəçi heyətlə məşqlərə başlayıb.

Klubdan verilən məlumata görə İlkay qış fasiləsindən sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Gündoğan 2011-ci ildə “Nürnberq”dən Dortmund təmsilçisinə transfer olunub. O, ötən mövsüm komandası ilə 45 matçda iştirak edib və 5 qol vurub.