Səmədov Şirokovun “Qalatasaray”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirdi
24.12.2013 - 20:58
Səmədov Şirokovun “Qalatasaray”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirdi
“Lokomotiv”in (Moskva) əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya millisindən komanda yoldaşı Roman Şirokovun “Qalatasaray”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan 29 yaşlı yarımmüdafiəçi “Zenit”in indiyə kimi Şirokov kimi futbolçusu ilə müqavilə yeniləməməsini başa düşə bilmədiyini deyib:

“Bu vəziyyəti başa düşmək çətindir. Ümumiyyətlə, anlamıram ki, nəyə görə “Zenit” indiyə kimi Şirokova yeni müqavilə təklif etməyib. Hesab edirəm ki, bu cür futbolçu harada olursa olsun, özünə yaxşı komanda tapacaq”.

Qeyd edək ki, Şirokovun “Zenit”lə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. 32 yaşlı futbolçunun qış transfer pəncərəsində “Qalatasaray”a keçəcəyi ilə bağlı mətbuatda xəbərlər yayılıb. Məlumatlara görə onun transfer qiyməti 5 milyon avrodur.