“Atletiko”nun futbolçusuna “Bavariya”dan rəsmi təklif
24.12.2013 - 22:35
“Atletiko”nun futbolçusuna “Bavariya”dan rəsmi təklif
Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Koke karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Bavariya” 21 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Məlumatlara görə münhenlilər bu keçidi reallaşdırmaq üçün artıq ispan klubuna rəsmi təklif göndərib. Almaniya təmsilçisi Koke üçün futbolçusu Xerdan Şaqiri və yüksək məbləğdə pul vermək niyyətindədir.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Koke 2009-cu ildən Madrid klubunun əsas heyətində çıxış edir.