“Antalyaspor” “Fənərbaxça”nın 3 futbolçusuna elçi düşüb
24.12.2013 - 22:57
“Antalyaspor” “Fənərbaxça”nın 3 futbolçusuna elçi düşüb
Türkiyənin “Antalyaspor” klubu “Fənərbaxça”dan 3 futbolçunu heyətinə qatmaq istəyir. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə klub prezidenti Gültəkin Gencer məlumat verib.

Antalya təmsilçisinin rəhbəri Jozef Yobo, Semih Şəntürk və Samuel Holmeni qış fasiləsində transfer etmək istədiklərini deyib: “Semihlə mövsümün əvvəlində də görüşdük. Son vaxtlar daha çox görüşürük. Onun meneceri də bir araya gəldik. Semih də “əvəzedici heyətdə olmaqdansa, “Antalyaspor”a keçib, karyerama orada davam etmək istəyərəm” deyib. Onun üçün həmişə qapımız açıqdır. Jobonun da hazırda klubu ilə müqaviləsi var. Onunla və meneceri ilə də danışıqlarımız uğurlu nəticələndi. Jobo klubumuza keçmək istəyirsə, “Fənərbaxça” ilə müqaviləsinə xitam verməlidir. Holmenlə də danışıqlarımız yaxşı alındı, ancaq “Fənərbaxça” rəhbərliyi və məşqçilər korpusu onu göndərmək istəmir”.