Teves: Digər klublardan daha güclü olduğumuzun fərqindəyik
25.12.2013 - 02:48
Teves: Digər klublardan daha güclü olduğumuzun fərqindəyik
“Yuventus”un ulduz futbolçusu Karlos Teves İtaliyadakı karyerası ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 29 yaşlı hücumçu Turin klubunda xoşbəxt olduğunu deyib:

“Turində özümü çox xoşbəxt hiss edirəm. İndi qarşıdakı “Roma” matçına hazırlanacağıq. Bu mövsüm çempion olmaq bizim üçün çox önəmlidir. Digər klublardan daha güclü olduğumuzun fərqindəyik. Çox səviyyəli heyətimiz var və bu futbolçular arasında olmaq mənim üçün çox önəmlidir”.

Qeyd edək ki, bu yay İngiltərənin “Mançester Siti” klubundan “Yuventus”a keçən argentinalı forvard cari mövsümdə 24 oyunda iştirak edib və 12 qol vurub.